Futbol üzrə klub komandaları arasında yarışın keçiriləcəyi tarix bəlli olub
Noyabrın 4-də AFFA-nın inzibati binasında Bakı şəhər kənd və qəsəbələrin klub komandaları arasında sonuncu iclas keçirilib. İclasda yarışın keçiriləcəyi tarix bəlli olub.

AFFA-nın rəhbərliyi, BKFF-nın təşkilatçılığı ilə keçirilən yarışın noyabrın 5-də keçiriləcəyi dəqiqləşdirilib. Yarış aprel ayına qədər davam edəcək və 2 dövrədən ibarət olacaq.

Sonda yarış iştirakçıları təşkilatçılığa görə AFFA və BKFF-ya dərin minnətdarlıqlarını bildiriblər.

Xəbər 687 dəfə oxundu.