Çorum Olimpiadası: “Azərbaycan” şahmat komandası çempionluğun bir addımlığında
Noyabrın 5-də Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlı şahmatçılar arasında Olimpiadanın sonuncu turunun partiyaları başlayıb.

Turnir cədvəlinin şəriksiz lideri olan 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Olimpiya çempionluğunun bir addımlığındadır. Millimiz sonuncu oyununu Çin yığmasına qarşı keçirir. “Azərbaycan-Naxçıvan” komandası isə ev sahibləri ilə qarşılaşır.

Qeyd edək ki, “Azərbaycan” komandası 14 xalla birinci pillədədir. Sonrakı iki yerdə Özbəkistan (13 xal) və Qazaxıstan komandaları (12 xal) qərarlaşıblar. “Azərbaycan-Naxçıvan” komandası 8 xalla 27-ci pillədədir.

Xəbər 670 dəfə oxundu.