Abramoviçin bazarlığı 600 milyona çatmayıb
Çempionlar Liqasında qələbə neçəyə başa gəlir?

Baş qitə yarışında uğurun dəyərini «Çelsi»nin sahibi Roman Abramoviçin variantında nəzərdən keçirmək istərdik. İdman.com.az saytının məlumatına görə, rusiyalı iş adamı 2003-cü ildə klubu Ken Beytsdən aldığı zamandan ingilis futbolunun yeni dönəminin başlanması hesab edilir. O, indiki baxımdan elə də böyük pul qoymadı. Klubun 80 milyonluq borclarını ödədi və yeni oyunçuların alınmasına 120 milyon xərclədi. O zaman hələ transfer siyasəti də yox idi. Adları üzdə olan oyunçular alınırdı. İlk transferlərdən ən faydalısı Klod Makelelenin «Real»dan alışı idi. Müəyyən mərhələdə Ernan Krespo və Ceremi də kara gəldilər. Forvard Adrian Mutu isə ancaq ziyan vurdu. Parlaq başlasada, rumın futbolçu gözlənildiyindən az qol vururdu və bir ildən sonra kokain istifadəsi səbəbindən cəzalandırıldı, klubdan da qovuldu. Xuan Sebastyan Veron yerli sürətə alışa bilməyərək Londonda fiaskoya uğradı.
Həmin transfer kampaniyasının müsbət tərəfi o oldu ki, «Çelsi» Premyer Liqa ikincisi kimi özünün ən yaxşı nəticəsini göstərdi, Çempionlar Liqasında isə yarımfinaladək addımladı. Potensiallı komandada daha uğurlu məşqçi işi lazım olduğundan Ranyeri Joze maurinyo ilə əvəzləndi.
Ötən 9 ilin ən bahalı və ən uğursuz trasnferi isə Fernando Torres olub. Ümumilikdə bütün mənzərəni təqdim etdiyimiz siyahı canlandırır. Aşağıdakı siyahılarda futbolçuların dəyərləri funtla göstərilir.

2003-2004
Gələnlər: yayda – Daff («Blekbörn») – 17 milyon, Krespo («İnter») – 16,8 milyon, Makelele («Real») – 16,6 milyon, Mutu («Parma») – 15,8 milyon, Veron («Mançester Yunayted») – 15 milyon, Ceremi («Real») – 7 milyon, Bric («Sauthempton») – 7 milyon, Co Koul («Vest Hem») – 6,6 milyon, Q. Conson («Vest Hem») – 6 milyon, Smertin («Bordo») – 3,45 milyon, Sallivan («Tottenhem») – pulsuz; qışda – Parker («Çarlton») – 10 milyon.
Yekun: 121,25 milyon
Gedənlər: yayda – Leon Nayt («Brayton») – 0,1 milyon, Canfranko Zola («Kalyari»), Ed de Quy («Stok Siti») – hamısı pulsuz, Qrem Le So («Sautqempton») – Bric üzrə sazişin tərkibi kimi.
Yekun: 0,1 milyon

2004-05
Gələnlər: yayda – Droqba («Marsel») – 24 milyon, Karvalyu («Portu») – 19,85 milyon, Ferreyra («Portu») – 13,2 milyon, Robben (PSV) – 12,1 milyon, Tyaqu («Benfika») – 8 milyon, Çex («Renn») – 7 milyon, Kejman (PSV) – 5 milyon; qışda – Yaroşik (SSKA) – 3 milyon.
Yekun: 92,15 milyon
Gedənlər: yayda – Qronkyaer («Birmingem») – 2,2 milyon, Melhiot («Birmingem»), Hasselbaynk («Middlsbro»), Zenden («Middlsbro»), Sallivan («Lids») – hamısı pulsuz; qışda – Babayaro («Nyukasl») – 1 milyon, Mutu («Yuventus»), Ambrozio («Salernitana») – hamısı pulsuz.
Yekun: 3,2 milyon.

2005/06
Gələnlər: yayda – Essyen («Lion») – 24,4 milyon, Rayt-Fillips («Mançester Siti») – 21 milyon, del Orno («Atletik» Bilbao) – 8 milyon, Diarra («Havr») – 1 milyon, Sinkleyr («Bristol») – 0,2 milyon.
Yekun: 54,6 milyon
Gedənlər: yayda – Parker («Nyukasl») – 6,5 milyon, Tyaqu («Lion») – 6,5 milyon, Kejman («Atletiko») – 5,3 milyon, Forssell («Birmingem») – 3 milyon, Veron («İnter»); qışda – Smertin («Dinamo» M.) – 1 milyon.
Yekun: 22,3 milyon

2006/07
Gələnlər: Şevçenko («Milan») – 30 milyon, Obi Mikel («Lin» Oslo) – 16 milyon, Kalu («Feyenoord») – 8 milyon, Bulahruz («Hamburq») – 7 milyon, Eşli Koul («Arsenal») – 5 milyon, Ben Saar («Hapoel» Tel-Əviv) – 0,32 milyon, Ballak («Bavariya») – pulsuz.
Yekun: 66,32 milyon
Gedənlər: Qudyonsen («Barselona») – 8 milyon, Hut («Middlsbro») – 6 milyon, Daff («Nyukasl») – 5 milyon, Del Orno («Valensiya») – 4,8 milyon, Yaroşik («Seltik») – 2 milyon, Karlton Koul («Vest Hem») – 2 milyon, Qallas («Arsenal») – Eşli Koulun əvəzinə, Krespo («İnter») – pulsuz.
Yekun: 27,8 milyon

2007/08
Gələnlər: yayda – Maluda («Lion») – 13,5 milyon, Slobodan Raykoviç (OFK Belqrad) – 3,8 milyon, Juliano Belletti («Barselona») – 3.7 milyon, Stiven Siduell («Redinq»), Klaudio Pizarro («Bavariya»), Tal Ben-Xaim («Bolton») – hamısı pulsuz, Aleks (PSV) – icarədən dönüb; qışda – Anelka («Bolton») – 15 milyon, İvanoviç («Lokomotiv» M.) – 9 milyon, Di Santo («Audaks İtalyano») – 3 milyon.
Yekun: 48 milyon.
Gedənlər: Robben («Real») – 24 milyon, Q. Conson («Portsmut») – 4 milyon, Diarra («Arsenal») – 4 milyon, Ceremi («Nyukasl») – pulsuz.
Yekun: 32 milyon.

2008/09
Gələnlər: Bosinqva («Portu») – 16,2 milyon, Deku («Barselona») – 8 milyon.
Yekun: 24,2 milyon.
Gedənlər: yayda – Rayt-Fillips («Mançester Siti») – 9 milyon, Siduell («Aston Villa») – 5 milyon, Ben-Xaim («Mançester Siti») – 5 milyon, Bulahruz («Ştuttqart») – 4 milyon, Makelele (PSJ), Krespo («İnter») – pulsuz; qışda – Bric («Mançester Siti») – 12 milyon, Kudiçini («Tottenhem») – pulsuz.
Yekun: 35 milyon.

2009/10
Gələnlər: Jirkov (SSKA) – 18 milyon, D. Starric («Mançester Siti») – 3,5 milyon, Matiç («Koşise») – 1.5 milyon, Ternbull («Middlsbro») – pulsuz.
Yekun: 23 milyon.
Gedənlər: Pizarro («Verder») – 5 milyon, Saar («Espanyol») – 1 milyon, Şevçenko («Dinamo» Kiev) - pulsuz.
Yekun: 6 milyon.

2010/11
Gələnlər: yayda – Ramires («Benfika») – 18,3 milyon, Benayun («Liverpul») – 5,5 milyon, qışda – Torres («Liverpul») – 50 milyon, Luiz («Benfika») – 21,3 milyon.
Yekun: 95,1 milyon.
Gedənlər: Karvalyu («Real») – 6,7 milyon, Stok («Fənərbahça») – 2,5 milyon, Di Santo («Uiqan») – 2 milyon, Sinkleyr («Suonsi») – 0,5 milyon, Co Koul («Liverpul»), Ballak («Bayer»), Deku («Fluminense»), Belletti («Fluminense») – hamısı pulsuz.
Yekun: 11,7 milyon.

2011/12
Gələnlər: yayda – Mata («Valensiya) – 23,5 milyon, Lukaku («Anderlext») – 13 milyon, Meyreleş («Liverpul») – 12 milyon, Tibo Kurtua («Genk») – 5 milyon, Romeu («Barselona») – 4,35 milyon, Ulises Davila («Qvadalaxara») – 1.75 milyon; qışda – Q.Kehill («Bolton») – 7 milyon, De Brüyne («Genk») – 6,7 milyon, Patrik Bemford («Nottingem Forest») – 1,5 milyon, Lukas Pyazon («San Paulu»).
Yekun: 74,8 milyon.
Gedənlər: yayda – Jirkov («Anji») – 13,2 milyon, Raykoviç («Hamburq») – 2 milyon, Mansyenn («Hamburq») – 1,75 milyon, Gökhan Töre («Hamburq») – 1 milyon, Kork («Sauthempton») – 0,75 milyon, qışda – Anelka («Şanhay Şenxua»), Aleks (PSJ) – 4,2 milyon.
Yekun: 22,9 milyon.

9 mövsümün yekunu:
Alış: 599,42 milyon,
Satış: 161 milyon
Gəlir: 438,42 milyon.

Xəbər 1075 dəfə oxundu.