Azərbaycan Premyer Liqasında 11-ci turun oyun cədvəli açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyun cədvəli açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura noyabrın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”–“Səbail” oyunu ilə start veriləcək. Həmin gün baş tutacaq “Keşlə”–“Neftçi” oyunu isə “ASCO Arenda” təşkil olunacaq.

Tura noyabrın 5-də keçiriləcək iki oyunu ilə yekun vurulacaq. Günün ilk qarşılaşmasında “Sabah” komandası “Sumqayıt” ilə üz-üzə gələcək. Matç “Bank Respublika Arena”da keçiriləcək. Turun yekun qarşılaşması son çempion “Qarabağ” və “Zirə” komandaları arasında oynanılacaq. Görüş Tofiq Bəhramov adına Respublika Stadionu baş tutacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On turdan sonra turnir cədvəlinə 26 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 18 xal olan “Neftçi” ikinci, 16 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Səbail” (11), “Sumqayıt” (11), “Zirə” (10), “Sabah” (10) və “Qəbələ” (6) yer alıblar.

Xəbər 688 dəfə oxundu.