Azərbaycan-Çexiya oyununu italiyalı hakimlər briqadası idarə edəcək
Qadın futbolçular arasında “Avro 2021”in seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Çexiya oyununa hakim təyinatları açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Maria Marotta olacaq. Ona Franseska Di Monte və Tiziana Trasciatti kömək edəcəklər. Dördüncü hakim funksiyasını Silvia Gasperotti yerinə yetirəcək.

Azərbaycan-Çexiya oyunu noyabrın 7-də “ASCO Arena”da keçiriləcək.

Xəbər 684 dəfə oxundu.