Voleybol hakimləri üçün seminar təşkil olunub
2019-2020–ci il mövsümündə ölkəmizdə keçiriləcək voleybol yarışında iştirak edəcək hakimlər üçün seminar təşkil olunub.

Seminar iştirakçılarını Azərbaycan Voleybol Federasiyasının Hakimlər Komissiyasının sədri Vaqif Əliyev, “Təhsil” İdman İdarəsinin nümayəndəsi və hakimlər komissiyasının üzvü Çingiz Səmədov, Azərbaycan Voleybol Federasiyasının ölkə yarışları üzrə əlaqələndiricisi Oqtay Musayev, beynəlxalq dərəcəli hakimlərimiz Eldar Zülfüqarov və Zaur Hacıyev salamlayıblar və onlara uğurlar arzu ediblər.

Beynəlxalq dərəcəli hakimlərimiz seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar.

Seminar iştirakçıları sonda hakimlər onlar üçün hazırlanmış test imtahanında iştirak ediblər. Testin nəticələrinə görə Hakimlər Komissiyası hakimlərin təyinatını həyata keçirəcək.

Azərbaycan Voleybol Mərkəzində keçirilən seminarda 57 hakim iştirak edib.

Azərbaycan Voleybol Federasiyası hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün bu kimi seminarlar təşkil edir.

Xəbər 699 dəfə oxundu.