Binəqədi rayonunda stolüstü tennis üzrə yarış keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” layihəsinin stolüstü tennis Binəqədi rayon mərhələsi keçirilib.

276 №-li tam orta məktəbdə 2004-2005-ci il təvəllüdlü şagirdlər arasında baş tutan yarışda birinci yeri 267 №-li məktəb-liseyin komandası tutub. 276 №-li tam orta məktəbin komandası ikinci, 144 №-li tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.


Xəbər 381 dəfə oxundu.