Terim Maurinyudan kimi istədi?
İnşaat şirkətlərinin bitrinin dəvəti ilə İstanbula gələn Madrid «Real»ının baş məşqçisi Joze Maurinyu şam yeməyində «Qalatasaray»lı həmkarı Fatih Terimlə görüşüb. «idman.com.az»ın «NTV Spor»a istinadən verdiyi xəbərə görə, daha sonra onlar «Cim Bom»un prezidenti Ünal Aysalın sahib olduğu mehmanxanada da görüşüblər. İki futbol mütəxəssisinin şirin söhbətdə toxunduğu mövzulardan biri mətbuata məlum olub. Terim portuqaliyalı həmkarından Həmid Altıntopu istəyib. O isə öz növbəsində futbolçunun istəyinə əsasən beləç bir qərar verə biləcəklərini söyləyib. Daha sonra mətubata açıqlama verən maurinyu deyib ki, madridlilər həmidi çox sevirlər. Lakin futbolçunun belə bir istəyi olarsa, Maurinyu da bu keçidə etiraz etməyəcək.

Xəbər 894 dəfə oxundu.