Atletimiz beynəlxalq turnirdə gümüş medal qazanıb
Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçirilir.

Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Bu gün atletimiz Nailxan Nəbiyev 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib çıxıb.

Xəbər 984 dəfə oxundu.