«Ağ-qaralar» 200 milyon dollar kredit götürür

Türkiyənin «Beşikdaş» futbol klubunun rəhbərliyi Orta Şərq regionunda yerləşən konsorsiumlardan birindən 200 milyon dollar kredit götürəcək. idman.com.az saytının Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub bu borcu illik 0,2 faiz olmaqla 8 ilə ödəyəcək. Üstəlik, yaxın iki ildə «Qara qartal» heç bir ödəniş etməyəcək.
Komandanın prezidenti Fikrət Orman bu maliyyə ilə 2014-cü ildə böyük layihələr həyata keçirmək niyyətiendədir. Amma bundan əvvəl komandanın artıq vaxtı keçmiş borcları ödənəcək. İlk növbədə, 8,75 faizlə alınmış 75 milyon dollarlıq kredit bağlanacaq.

Xəbər 996 dəfə oxundu.