Voleybol üzrə Neftçala birinciliyinin qalibləri müəyyənləşib
Məktəblilər arasında keçirilən respublika çempionatının rayondaxili mərhələsinin yarışları davam edir.

Neftçalada 1 nömrəli orta məktəbin idman zalında keçirilən və 6 orta təhsil müəssisəsi komandasının qatıldığı voleybol yarışlarının qalibləri müəyyənləşib.

Yarışların final mərhələsində ən yüksək nəticə göstərən 2 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb. İkinci yeri Bankə qəsəbə 1 nömrəli tam orta məktəbin, üçüncü pilləni isə 4 nömrəli tam orta məktəbin komandaları tutublar.

Mükafata layiq yer tutmuş komandalara diplomlar təqdim edilib.


Xəbər 767 dəfə oxundu.