Azərbaycan cüdoçusu Avropa birinciliyində qızıl medal uğrunda mübarizə aparacaq
Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyi davam edir.

Yarışın ikinci günündə cüdoçumuz Rəşid Məmmədəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. O, həlledici qarşılaşmada Rusiya təmsilçisi Ayub Xacaliyevlə qarşılaşacaq.

Digər idmançımız Hasil Cəfərov (81 kq) isə üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan idmançısı Benedek Tot ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionatın birinci günündə Azərbaycan milli komandası bir medal qazanıb. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz Nurlan Osmanov qitə birinciliyinin gümüş medalına sahib olub.
Avropa birinciliyində 33 ölkədən 235 idmançı (135 kişi, 100 qadın) mübarizə aparır. Ölkəmiz yarışa 9 cüdoçu ilə qatılıb.

Xəbər 794 dəfə oxundu.