Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Sumqayıt noyabrın 15-16-da dörd gimnastika növü – kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlara ev sahibliyi edəcək.

Kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika üzrə 26-cı ölkə və paytaxt çempionatı və aerobika üzrə 5-ci Azərbaycan çempionatı və Bakı birinciliyi Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

İlkin qeydiyyat siyahısına əsasən yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.

Xəbər 640 dəfə oxundu.