Lənkəranda məktəblilər arasında keçirilən rayon birinciliyi yekunlaşıb
Lənkəran şəhər 2 nömrəli tam orta məktəbdə Şəhər Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər və İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən rayon birinciliyi başa çatıb.

2004-2005-ci il təvəllüdlü 9-10-cu sinif şagirdləri arasında keçirilən və iki gün davam edən yarışda 23 məktəb komandasını təmsil edən 92 nəfər gənc idmançı qələbə uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticəsinə görə Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin komandası birinci, şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyin komandası ikinci, şəhər 10 nömrəli tam orta məktəbin komandası üçüncü, şəhər 5 nömrəli tam orta məktəbin komandası isə dördüncü yeri tutub.

Qaliblərə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Xəbər 707 dəfə oxundu.