Azərbaycan badmintonçusu “Hungarian International Championships 2019” turnirində mübarizəni dayandırıb
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Macarıstanın paytaxtı Budapeştdə keçirilən “44th YONEX Hungarian International Championships 2019” turnirində iştirak edib.

“International Challenge” seriyalı turnirə əsas mərhələdən qatılan təmsilçimiz kişilərin şəxsi yarışında onaltıdabir finalda Ukrayna badmintonçusu Danilo Bosnyukla qarşılaşıb. Üç set davam edən qarşılaşmanın yekununda ukraynalı idmançı Dviçayonu 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnirə noyabrın 2-də yekun vurulacaq.


Xəbər 990 dəfə oxundu.