Qəbələdə təlim-məşqdə
London Yay Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləş üzrə Azərbaycan milli komandası mayın 22-dən etibarən Qəbələdə təlim-məşq toplanışına başlayıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Seypulla Absəidov hazırlığa 14 pəhləvan cəlb edib. İyunun 9-dək davam edəcək təlim-məşq toplanışında London olimpiadasına vəsiqə qazanmış güləşçilərimiz, eləcə də hər an onları əvəzləməyə qadir olan idmançılarımız iştirak edirlər.

Belə ki, olimpiadada təmsil olunacağımız çəkilərdə uğurla çıxış etmək üçün Toğrul Əsgərov və Hacı Əliyev (60 kq), Cəbrayıl Həsənov, Ruslan Dibirhacıyev və Ağahüseyn Mustafayev (66 kq), Əşrəf Əliyev və Aleksandr Qostiyev (74 kq), Şərif Şərifov və Məhəmmədhacı Xatiyev (84 kq), Hetaq Qazyumov, Hacı Əlicanov və Hacı Şərifov (96 kq), Cəmaləddin Məhəmmədov və Əli Məhəmmədəbirov 20 gün ərzində xüsusi proqram əsasında Qəbələdə hazırlıq keçəcəklər.

Xəbər 1185 dəfə oxundu.