Karate üzrə yeniyetmə, gənclər və böyüklər arasında ölkə birincilikləri təşkil olunacaq
Noyabrın 22-dən 24-dək Bakı İdman Sarayında yeniyetmə və gənc karateçilər arasında 20-ci, böyüklər arasında isə 27-ci Azərbaycan birincilikləri keçiriləcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər mübarizə aparacaqlar.

Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda ölkəmizi təmsil edəcəklər.

Xəbər 742 dəfə oxundu.