Badminton üzrə Azərbaycan çempionatı keçiriləcək
Noyabrın 20-23-də Bakıda 1 nömrəli idman liseyinin nəzdindəki badminton zalında Azərbaycan çempionatı keçiriləcək.

Beş kateqoriya üzrə keçiriləcək turnirdə 1 oyunçu 3 kateqoriyada iştirak edə bilər. Çempionat Olimpiya sistemi üzrə 1-4 yerləri təyin etməklə keçiriləcək. Yarışlar 3 mərhələ üzrə oynanılacaq.

Yarışda bütün kateqoriyalar üzrə ilk üç yeri tutacaq idmançılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Oyunların idarə olunması Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən təsdiq olunmuş hakimlər kollegiyasına həvalə olunacaq. Azərbaycan çempionatının keçirilməsində məqsəd şəhər və rayonlarda badmintonun yayılmasına və inkişafına nail olmaq, perspektivli badmintonçuları aşkar etmək, beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir.

Xəbər 980 dəfə oxundu.