“Vüqar Həşimov” şahmat klubu Avropa kuboku uğrunda mübarizə aparacaq
Vüqar Həşimov Şahmat Fondu mərhum şahmatçının adını daşıyan klub təsis edib.

“Vüqar Həşimov” klubu ilk dəfə Monteneqroda keçiriləcək klublar arasında Avropa kuboku turnirində Azərbaycanı təmsil edəcək.

Sərxan Həşimovun rəhbəri olduğu komandanın heyətində üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Vüqar Əsədli, Ülvü Sadıqov, beynəlxalq usta Anar Allahverdiyev, 14 yaşlılar arasında dünya çempionu Aydın Süleymanlı, beynəlxalq usta Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa yer alıblar.

Anar Allahverdiyev klubda çıxış edən məşqçi olacaq.

Noyabrın 9-dan 17-dək keçiriləcək yarış 7 turdan ibarət olacaq.

Xəbər 674 dəfə oxundu.