Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov reytinq cədvəlində irəliləyiblər
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Şahmatçımız Şəhriyar Məmmədyarov (2777) reytinqdə iki pillə irəliləyərək 5-ci yerdə qərarlaşıb. Teymur Rəcəbov isə ilk onluğa qayıdıb (2767, 9-cu yer).

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2660, 83-cü yer) və Nicat Abbasov (2655, 93-cü yer) ilk yüzlükdə yer alıblar.

Kişi şahmatçılar arasında ilk üçlük dəyişməz qalıb. Dünya çempionu, norveçli Maqnus Karlsen (2870) birinci yerdədir. Amerikalı Fabiano Karuana (2822) və çinli Dinq Liren (2801) sonrakı iki pillədə qərarlaşıblar.

Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə (2427, 38-ci yer), Gülnar Məmmədova (2369, 93-cü yer), Xanım Balacayeva və Ülviyyə Fətəliyeva (2368, 98-99-cu yerlər) ilk 100-lükdədirlər. Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli idmançılar Hou Yifan (2659), Vencun Cu (2585) və rusiyalı Aleksandra Qoryaçkina (2577) yer alıblar.

Xəbər 750 dəfə oxundu.