“İradənlə qalib gəl!”
9 noyabr - Bayraq günü münasibəti ilə Gənclər və İdman nazirliyi 1 noyabr tarixindən başlayaraq ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyalara start verir.

İlk aksiya 1-3 noyabr tarixlərində Gənclər və İdman Nazirliyinin tabeliyində olan 34 Olimpiya İdman Komplekslərində keçiriləcək. Gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan gənclərin geniş şəkildə yararlanmasını təmin etmək məqsədi ilə açıq qapı günləri təşkil olunacaq.

Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.

Rayonlarda gənclərin bu aksiyada iştiraka dəvəti rayon gənclər və idman idarələri, sosial şəbəkələr, könüllülər vasitəsi ilə aparılır.

Aksiya çərçivəsində futbol, voleybol, güləşin müxtəlif növləri, yüngül atletika, tennis, badminton, şahmat və s. yarışlar və əyləncəli idman oyunları təşkil ediləcək. Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunacaq. Eyni zamanda hər rayonda müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçiriləcək.

Bütün gəncləri bu fürsətdən istifadə etməyə dəvət edirik.

Başlayın və qoy iradəniz qalib gəlsin!

Aksiyaya qoşulmaq üçün yaşadığınız rayon/şəhərin Gənclər və İdman İdarəsinə müraciət edin.

Abşeron OİK, Ağcabədi OİK, Ağdam OİK, Ağdaş OİK, Astara OİK, Balakən OİK, Beylaqan OİK, Biləsuvar OİK, Cəlilabad OİK, Füzuli OİK, Gəncə OİK, Göyçay OİK, Göy-Göl OİK, Hövsan OİK, Xaçmaz OİK, İmişli OİK, İsmayıllı OİK, Kürdəmir OİK, Qax OİK, Qazax OİK, Qəbələ OİK, Qobustan OİK, Qusar OİK, Lənkəran OİK, Oğuz OİK, Saatlı OİK, Sabirabad OİK, Sumqayıt OİK, Şağan OİK, Şəki OİK, Şəmkir OİK, Şirvan OİK, Tovuz OİK, Zaqatala OİK

Xəbər 717 dəfə oxundu.