“Qəbələ”nin boksçuları Antalyada təlim-məşq toplanışında iştirak edirlər
“Qəbələ” idman klubunun boksçuları Antalyada təlim-məşq toplanışını davam etdirirlər.

Toplanışa Rüfət Hüseynov (52 kq), Cavid Çələbiyev (63 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) qatılıblar.

Hazırlıq prosesində boksçularımızla yanaşı, Türkiyə, Rusiya və Qazaxıstan idmançıları da iştirak edirlər.

Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvü olan boksçularımız üçün gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londonda baş tutacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.


Xəbər 894 dəfə oxundu.