“Qəbələ” - “Qalatasaray” matçını hansı TV göstərəcək?
I Qəbələ Kuboku ölkə daxilində olduğu qədər ölkə xaricində də maraqla qarşılanıb. İdman.com.az saytının xəbərinə görə, turnirdə Avropanın tanınmış klublarının iştirak etməsi sözü gedən birinciliyə diqqəti artırıb.

Açılış matçının – “Qəbələ” - “Qalatasaray” qarşılaşmasının Türkiyənin ən çox izləyiciyə malik klub televiziyasında canlı yayımlanması da bu marağa bariz nümunədir. Futbolsevərlər iyunun 31-i saat 19:00-da baş tutacaq qarşılaşmanı “Qalatasaray”a məxsus GS TV vasitəsilə də izləyə biləcəklər.

Xəbər 919 dəfə oxundu.