Azərbaycan badmintonçusu Macarıstanda keçirilən beynəlxalq turnirdə çıxış edəcək
Oktyabrın 31-də Azərbaycan badmintonçusu Macarıstanda keçirilən 44-cü “YONEX Hungarian International Championships 2019” turnirində çıxış edəcək.

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq. Onun birinci rəqibi ukraynalı Danilo Bosniuk olacaq.

Qeyd edək ki, mükafat fondu 25 min dollar olan turnirdə 104 kişi və 44 qadın badmintonçu iştirak edir.

Xəbər 1072 dəfə oxundu.