Klassik bodibildinq və bodibildinq üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
Bikini fitnes və mens fizik üzrə Azərbaycan kuboku, klassik bodibildinq və bodibildinq üzrə ölkə birinciliyi keçirilib.

“Elektra Events Hall”da baş tutan yarışda Bakı, Sumqayıt, Gəncə və Naxçıvandan 40-dan artıq atlet birincilik uğrunda mübarizə aparıb.

Bikini fitnes yarışlarında Məryəm Əlizadəqirib bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin mens fizik yarışında boyu 170 santimetrədək idmançıların yarışında Xaliq Həsənov qızıl medal qazanıb. Muxtar Qasımlı boyu 176 santimetrədək atletlərin mübarizəsində fərqlənib. Boyu 176 santimetrdən yuxarı olanların mübarizəsində Əli Qurbanlı birinci olub. Muscular mens fizik yarışlarında Hidayət Məhərrəmli qalib adına sahib olub.

Klassik bodibildinq yarışlarında boyu 175 santimetrədək olan idmançıların mübarizəsində Şahin Cahangirov qızıl medal qazanıb. Boyu 175 santimetrdən yuxarı olanların mübarizəsində Xızrı Şəhriyar birinci pillədə qərarlaşıb.

Bodibildinq yarışlarında Murad İsayev (75 kq-dək), Mansur Şərifov (85 kq-dək) və Ceyhun Babakişiyev (85 kq-dan yuxarı) fərqləniblər.

Əli Qurbanlı mens fizikdə, Şahin Cahangirov klassik bodibildinqdə, Mansur Şərifov isə bodibildinqdə mütləq çempionluğa sahib olublar.

Xəbər 687 dəfə oxundu.