«Real»ın baş məşqçisi Madriddə ləngiyəcək
Madrid «Real»ın baş məşqçisi Joze Maurinyu klubla yeni müqavilə bağlayıb. İdman.com.az saytının məlumatına görə, yeni müqavilə 2016-cı ilin 30 iyununadək nəzərdə tutulub.
İki il öncə Maurinyu «Real»a «İnter»dən keçmişdi və iki mövsümdə klubu İspaniya çempionatında və Kral kubokunda qələbə qələbələrə gətirib və iki dəfə Çempionlar Liqasının yarımfinalına çıxarıb.

Məşqçinin öncəki müqaviləsi 2014-cü ilədək nəzərdə tutulmuşdu. Ölkə çempionatında qələbədən sonra mütəxəssis gözlənilmədən gedişdən danışması xəbərləri yayılmağa başlayıb. Bu söhbətlərin ortaya çıxmasına səbəb «The Daily Mail»dəki yazı olub. Populyar London qəzetinin xəbər verdiyinə görə, guya «Çelsi» sahibi Roman Abramoviç Maurinyu ilə fikir ayrılığını aradan götürüb və onu 2007-ci ildə qovduğu komandaya qaytarmaq niyyətindədir.

Qəzetin yazdığına görə rusiyalı iş adamı məşqçi üçün təzminat kimi «Real»a 25 milyon, portuqaliyalının özünə isə 9 milyon funt verməyə hazırdır.
Hazırkı vəziyyətdə isə Maurinyu dünyanın ən yüksək ödənişli məşqçisidi. Onun illik məvacibi 14,8 milyon avrodu. Müqayisə üçün digər nəhəng məşqçilərdən «Barselona»nın sükançısı Xosep Quardyola ilə 9,5, «Anji»dəki niderlandlı Quus Hiddink 8,6 milyon avro alır.

Xəbər 925 dəfə oxundu.