AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub
Oktyabrın 30-da AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio Osvaldo Perez Gunella ilə görüşüb.

Görüşdə Azərbaycan və Argentina arasında futbol sahəsində münasibətlərin daha da yaxşılaşdırılması, AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbər 716 dəfə oxundu.