«Barselona» yeni formasını təqdim etdi
İspan «Barselona»sı yeni mövsümdə istifadə edəcək yeni formasını təqdim edib. İdman.com.az saytının məlumatına görə, təqdimat Barselonadakı müasir sənətlər muzeyində olub.

Komandanın təmsilçisi bildirib ki, ev formasının dizaynı gənc istedadların əsas heyətə yer aldığı və ulduzların alınması ilə güclü komanda yaradılan klub fəlsəfəsinin metaforasıdır. Səfər dəstində isə Kataloniya mərkəzinin mədəniyyətinə, incəsənətinə və memarlıq üslubuna hörmət əlamət olaraq sarı və narıncı rənglər əsas götürülüb.

Köynəklərin sinəsində «Barselona»nın titul sponsoru «Qatar Foundation»un, arxasında isə UNİCEF-in emblemi əks olunub.

Xəbər 918 dəfə oxundu.