“Sevilya”nın əsas hücumçusu “Qarabağ”la oyunda iştirak etməyə bilər
UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sevilya” turnirdəki növbəti üç görüşdə əsas hücumçusu Çiçaritoya istirahət verəcək.

Növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edən Sevilya təmsilçisi bütün diqqətini İspaniya çempionatına yönəltmək niyyətindədir.

Baş məşqçi Xulen Lopeteqi sıx oyun qrafikinə görə, xüsusən hücum xəttində dəyişiklik etmək istədiyi bildirilib. Çiçarito ilk iki turda “Qarabağ” və APOEL ilə qarşılaşmalarda qol vurub.

Qeyd edək ki, “Sevilya” ilk üç turun hamısında qalib gələrək 9 xalla qrup lideridir. İspaniya klubu noyabrın 29-da doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Xəbər 729 dəfə oxundu.