Şahmat Olimpiadası: Komandalarımız ikinci turda ABŞ və Tailand yığmalarına qalib gəliblər
Oktyabrın 30-da Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının ikinci turuna yekun vurulub.

Ölkəmizi yarışda təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamızın üzvləri – “Azərbaycan” komandası ABŞ seçməsinə 3:1, digər komandamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları isə Tailand təmsilçilərinə 3,5:0,5 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, birinci turda “Azərbaycan” komandası Monqolustan yığmasına 3:1 hesabla qalib gəlib, “Azərbaycan-Naxçıvan” şahmatçıları isə Qazaxıstana məğlub olublar (1:3).

Xəbər 636 dəfə oxundu.