Şahmatçımız Vüqar Əsədli Almaniyada beynəlxalq turnirdə liderliyə yüksəlib
Almaniyada keçirilən beynəlxalq turnirdə şahmatçımız Vüqar Əsədli liderliyə yüksəlib.

Şahmatçımız dördüncü turda turnirin əsas favoritlərindən olan hindistanlı Sethuraman Panayappan Sethuramanı məğlub edərək turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Beşinci turda onun rəqibi ukraynalı Vitali Bernadski olacaq.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Xəbər 625 dəfə oxundu.