FİFA İcraiyyə Komitəsində ilk qadın
Burundi Futbol Assosiasiyasının prezidenti Lidiya Nsekara FİFA İcraiyyə Komitəsində ilk qadın olacaq. İndiyədək o, beynəlxalq təşkilatın bir neçə komissiyasına daxil olub – qadın futbol üzrə, qadınların dünya çempionatının təşkili üzrə və qadınların olimpiya futbol turnirinin təşkili üzrə.
Nsekaranın FİFA İcraiyyə Komitəsinə daxil edilməsi təşkilatın Budapeştdəki konqresində qəbul edilib.

İdman.com.az saytının məlumatına görə, İcraiyə Komitəsi audit və nəzarət üzrə müstəqil komissiyanın başına Domeniko Skalanı keçirib. Onun namizədliyi müstəqil idarə komitəsi irəli sürüb.

Bundan əlavə, İcraiyyə Komitəsi 6 Braziliya şəhərinin (Braziliya, Belu Orizonti, Fortaleza, Rio de Janeyro, Resife və Salvador) 2013-cü il Konfederasiya Kubokunun qəbuluna ilkin razılıq verib. Bununla belə, turniri qəbul edəcək 4, 5 və ya 6 şəhərin yekun siyahısı noyabrda bəlli olacaq.

Xəbər 1061 dəfə oxundu.