Qılıncoynatma məşqçiləri üçün seminar təşkil olunub
Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən məşqçilər üçün seminar təşkil olunub.

Seminarda təlimçi qismində Əməkdar məşqçi, elit kateqoriyalı beynəlxalq dərəcəli hakim, hazırda ABŞ-da məşqçi kimi çalışan Fikrət Vəliyev çıxış edib.

İnteraktiv şəkildə keçirilən seminarda F.Vəliyev müasir qılıncoynatmada məşqçiliyin tendensiyaları, hakimlikdə baş verən son dəyişikliklər barədə məlumat verib.

Xəbər 695 dəfə oxundu.