Fəhmin Muradbəyli Premyer Liqada 100-ə çatıb
Azərbaycan Premyer Liqasının IX turu “Səbail”in futbolçusu Fəhmin Muradbəyli üçün yubileylə əlamətdar olub. O, “Qarabağ”la səfər qarşılaşmasında 100-cü matçına çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə “Neftçi”də debüt edən Fəhmin bu komandada 55, “Səbail”də 45 oyunun iştirakçısı olub. Hesabında10 top olan 23 yaşlı yarımmüdafiəçi indiki klubunda 6, “ağ-qaralar”ın heyətində 4 qola imza atıb.

Xəbər 720 dəfə oxundu.