«Rasinq» fanatları futbolçunu güllələyə bilərdilər
Argentina «Rasinq»inin fanatları komandanın yarımmüdafiəçisi Covanni Moreno və hücumçusu Federiko Santander bəyan ediblər ki, klubun zəif oyununa görə xuliqanlar onların həyatlarını təhdid ediblər. Futbolçuların sözlərinə görə, məşqdən sonra bir neçə fanat onlara yaxınlaşıb və tapançanı Morenonun ayaqlarına tuşlayıblar. Onlar futbolçudan klubu tərk etməyə tələb ediblər. Fanatlar həmçinin «Rasinq»dən komandadan növbəti matçda qələbə tələb edərək, daha ciddi təhdidlər ediblər.

İdman.com.az saytının məlumatına görə, Santander hadisə barədə bunları deyir: «Onlar dedilər ki, bazar günü mütləq qalib gəlməliyik. Bu belə olmasa, bizim vəziyyətimiz pis olacaq. Mənim karyeramda indiyə kimi belə şey olmamışdı».
«Rasinq» hazırda çempionatın elit divizionunda 20 komanda arasında 16-cı yerdə gedir.

Kriminal qruplaşmalar Argentina futbolunun ayrılmaz hissəsidi. «Futbolu xilas edək» hərəkatının bəyanatına görə, son yarım ildə ölkə futbolunda ən azı 6 nəfər bu cür zorakılıqlarla qətlə yetirilib.
Demək olar ki, hər bir böyük klubun xuliqan bandaları ilə razılaşması var. Onlar komandalara dəstək göstərir və müxtəlif növ problemlərin həllində yardımçı olurlar.
Argentina futbolunda oyunçulara təhdid isə nadir hal deyil. Özü də çox vaxt belə münaqişələr klub rəhbərliklərinin razılığı ilə baş verir.

Xəbər 1007 dəfə oxundu.