Droqbanın gedişi möhtəşəm oldu
«Çelsi» və Didye Droqba rəsmi olaraq bir-birilə vidalaşdılar. Kotdivuarlı futbolçu klubdakı 8 ilindən sonra komandanın möhtəşəm Çempionlar Liqası zəfərini əldə edərək komandanı tərk edir. Özü də «Bavariya»nın qapısına həlledici qələbə penaltisini vuraraq.

İdman.com.az saytının məlumatına görə, «Çelsi»nin heyətində Droqba 341 oyun keçirib və 157 qol vurub. Klubda vurduğu qolların sayına görə, o, komandanın tarixində 4-cü yeri tutur. Qitə yarışlarındakı 34 qol isə ümumiyyətlə, klub rekordudu. 34 yaşlı komanda ilə 3 dəfə çempionluq yaşayıb, 2 Liqa Kuboku qazanıb və əlbəttə ki, buradakı karyerasını Çempionlar Liqası zəfəri ilə başa vurub.

Komandanın icraçı direktoru Ron Qurle futbolçu barədə bunları deyib: «8 il ərzində o, özünü əsl peşəkar kimi göstərib, yoldaşlarını ruhlandırıb, əsl lider keyfiyyətləri nümayiş etdirib. Vida gözlənilən olsa da, son olaraq hər şey iki gün öncə həll olunub.
Futbolçu özü isə gedişi ilə bağlı bunları deyib: «Bu taledi. Mən bütün şayiələrə son qoyub «Çelsi»dən getdiyimi söyləmək istəyirəm. Qərarı vermək çətin olmadı. Bu illərdə əldə etdiyim hər şeyə görə fəxr duyuram. Lakin yeni macəralarımın zamanı yetişib. Komanda kimi biz çox şeyə nail olduq, bütün mümkün mükafatları qazandıq. Çempionlar Liqasının finalı mənim və azarkeşlərimiz üçün xüsusi gün oldu. Şadam ki, «Çelsi»nin uğurlarına imzamı qoymuşam».

Vida nitqində Droqba yalnız bir adama xüsusi təşəkkürünü bildirib: «Fürsətdən istifadə edib klubun bütün üzvlərinə, xüsusən də Roman Abramoviçə, həmkarlarıma, dostlarıma təşəkkürlərimi bildirmək istəyirəm. «Çelsi» fanatlarına xüsusi təşəkkürlər. Onlar 8 il ərzində məni dəstəklədilər. Kluba növbəti uğurları arzulayıram – Siz əbədi olaraq mənim qəlbimdə qalacaqsınız».

Peşəkar karyerasına Droqba Fransada başlayıb. O, «Levalua», «Le Man», «Genqam» və «Marsel»in formasını geyinib. Futbolçunu 3,3 milyon funta almış «Marsel»dəki 1 mövsümdən sonra Droqba «Çelsi»yə keçib. Londonlular istedadlı forvard üçün 24 milyon funt ödəmişdilər.
Güman edilir ki, Droqbanın karyerası Çində – «Şanhay Şenxua»da davam edə bilər. Komandanın məşqçilərindən biri «Çelsi»nin keçmiş forvardı Nikolya Anelkadı. Futbolçuya ilə 13 milyon funt maaş təklif olunur. Droqbaya daha bir namizəd həmin ölkənin «Quançjou Everqrande»sidi. Bununla belə, «Anji» variantı da hələ ki, istisna edilmir.

Xəbər 995 dəfə oxundu.