Təmsilçilərimiz Şahmat Olimpiadasında mübarizəyə başlayıblar
Türkiyənin Çorum şəhərində 16 yaşadək idmançılar arasında Şahmat Olimpiadası start götürüb.

Ölkəmiz bu nüfuzlu yarışda iki komanda – “Azərbaycan” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur.

“Azərbaycan” komandası Monqolustan, “Azərbaycan-Naxçıvan” isə Qazaxıstan şahmatçıları ilə mübarizə aparırlar.

Olimpiada noyabrın 6-dək davam edəcək.

Xəbər 691 dəfə oxundu.