Binəqədi rayonunda mini-futbol üzrə könüllülər kuboku uğrunda turnirə start verilib
Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin meydançasında mini–futbol üzrə könüllülər kuboku uğrunda turnirə start verilib.

Turnirin rəsmi açılış mərasimində Baş İdarənin baş məsləhətçiləri Salman Əbdülov və Cəlil Əlizadə iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıblar.

Yarışın seçim turunda “Legend” komandası “Karona”ya 11:0, “ASAN 5” “Skorpion”a 4:3, “Mexmat” “ASAN 3”ə 8:3, “ASAN 2” “DOST”a 4:3 hesabı ilə qalib gəlib.

Oktyabrın 30-da yarışın 1/4 final mərhələsi çərçivəsində Miqrasiya könüllüləri komandası “ASAN Sumqayıt”, “Legend” “ASAN 5”, “Mexmat” “ASAN 2”, “Formula 1” isə “ASAN 4” komandası ilə qarşılaşacaq.

Xəbər 702 dəfə oxundu.