Binəqədi rayonunda şagirdlər arasında şahmat yarışı keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 25-də “Məktəblər arasında respublika çempionatı” layihəsinin şahmat idman növü üzrə Binəqədi rayon mərhələsi keçirilib.

3 №-li Uşaq Gənclər Şahmat İdman Məktəbində baş tutan yarışda 2010-2012-ci il təvəllüdlü şagirdlər qalib adı uğrunda mübarizə aparıblar.

Sonda yarışın nəticəsinə görə, birinci yerə 283 №-li tam orta məktəbin komandası layiq görülüb. 267 №-li məktəb-liseyin komandası ikinci, 284 №-li tam orta məktəbin komandası üçüncü yeri tutub.

Xəbər 702 dəfə oxundu.