Maurinyu İstanbulda
Madrid «Real»ının sükançısı Joze Maurinyu bir inşaat firmasının dəvəti ilə İstanbula gələrək orada yeni inşaat layihəsinin təqdimatında iştirak edib. İdman.com.az saytının məlumatına görə, şirkətin rəhbəri Ömər Faruk Polad tədbirdə «Bu binada Maurnyuya bir penthaus mənzil verim, mən «Qalatasaray» başçısı olsam, komandanın sükanına keçsin» söyləyib.
Bu sözə «Qalatasaray»ın mənə ehtiyacı yoxdu» deyə cavab verən portuqaliyalı həmçinin Fatih Terimin çox yaxşı bir məşqçi olduğunu vurğulayıb.

Sonra keçirilən tədbirin əvvəlində mətbuat mənsubları tərəfindən üzərinə ünvanlanan sualların cavablarında Maurinyunun aşağıdakı ifadələri diqqəti çəkdi: «Nuri və Həmid zədəli olduqları üçün çətin bir zaman keçdilər. İndi formalarını bərpa edə biləcəklərmi görəcəyik»; «Real»da ispandan çox türk var və hamısı çox yaxşı uşaqlardır»; «Futbol, hər şeyi anladığını iddia edən insanlarla doludur. Halbuki heç bir şeydən anladıqları yoxdur»;

«Matç əsnasında duyğulara yer yoxdur. O an yalnız matçı hiss etməyə çalışıram. «Barselona» matçları da belə olur»; «Sizin matçlara canlı baxmamışam. Portuqaliya televiziyasından «Beşikdaş»ın Avropa matçlarını izləyə bilmişəm»; «Bavariya»ya məğlub olanda onların soyunma otağına gedərək sevinclərini görmək istədim və xoşbəxt olmağa çalışdım. Çünki bu haqsız bir məğlubiyyət deyildir».

Xəbər 1065 dəfə oxundu.