Azərbaycan Atletika Federasiyasının sprint üzrə məşqçisinə “Coaching Award” mükafatı təqdim olunub
Estoniyanın paytaxtı Tallinndə 2019-cu ilin yekununa dair Avropa Atletika Federasiyaları Assosiasiyası tərəfindən “Coaching Award” mükafatının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Atletika Federasiyasının sprint üzrə böyük məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Tofiq Əliyev bu mükafata layiq görülüb.

Qeyd edək ki, ümumilikdə bu mükafat 35 mütəxəssisə təqdim olunub.

Xəbər 718 dəfə oxundu.