Abbas Hümbətov yeni uğura imza atıb
Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının vitse-prezidenti Abbas Hümbətov yeni uğura imza atıb.

A.Hümbətova Dünya Yeni Full Kontakt Federasiyası tərəfindən 5-ci dan lisenziyası təqdim olunub.

Azərbaycanlı mütəxəssis mərkəzi Yaponiyada yerləşən beynəlxalq federasiyanın prezidenti Hirohito Miyaqava tərəfindən full kontaktın inkişafındakı xidmətlərinə görə mükafatlandırıb.

Qeyd edək ki, Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının təşkilatçılığı ilə full kontakt üzrə ölkəmizdə mütəmadi olaraq yarışlar təşkil olunub. Sonuncu belə yarış ötən ilin fevralında Bakıda keçirilib.

Xəbər 932 dəfə oxundu.