Cəbrayıl Həsənov - BÜRÜNC MEDAL
1990-cı il fevralın 24-də anadan olub.

Avropa çempionatının 2-qat qalibi (2010, 2011), Avropa Oyunlarının bürünc (2015), dünya çempionatının 2-qat bürünc (2010, 2011), Avropa çempionatının 3-qat gümüş (2009, 2014, 2016), Dünya kubokunun gümüş (2012) və bürünc (2015), Dünya universiadasının gümüş (2013), qitələrarası kubokun gümüş (2013) medalçısı, qran-pri turnirlərinin qalibi və mükafatçısı.

Lisenziyanı 2016-cı il aprelin 15-də Serbiyanın Zrenyanın şəhərində keçirilən olimpiya təsnifat turnirində qazanmışdı.

Xəbər 1204 dəfə oxundu.