Sabah Şəriəti - BÜRÜNC MEDAL
Sabah Şəriəti 1989-cu il yanvarın 1-də İranın Sənəndəc şəhərində anadan olub.

Birinci Avropa Oyunlarının gümüş mükafatçısıdır (2015). Olimpiya lisenziyasını 2015-ci ildə ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında qazanmışdı.

Azərbaycanı təmsil edən İran əsilli yunan-roma güləşçisi Sabah Şəriəti 2015-ci ildə I Avropa Oyunlarının gümüş medalını, 2016-cı ildə isə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.


Sabah Şəriəti Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə, 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin" fəxri diplomu ilə təltif edildi.

Xəbər 1129 dəfə oxundu.