BOK və Avropol arasında Anlaşma Memorandumu imzalanıb
Oktyabrın 28-də Lozannada keçirilən Beynəlxalq İdman Bütövlüyü Forumunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa İttifaqının polis xidməti olan Avropol arasında Anlaşma Memorandumu imzalanıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd iki təşkilat arasında qarşılıqlı əməkdaşlığın yaxından qurulmasıdır.

Olimpiya Evində, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq Bürosu (UNODC), İnterpol və idarəetmə orqanları, hökumətlərarası qurumların əsas liderlərini bir araya gətirən Beynəlxalq İdman Bütövlüyü Forumunun (IFSI) üçüncü buraxılışında BOK rəqabət manipulyasiyası, korrupsiya və dopinq ilə bağlı yeni bələdçini - İdman Tədqiqatçı Şəbəkəsini təqdim edib. Forumda yeni bələdçinin idmanda səhv hərəkətlər, o cümlədən yarışların idarə edilməsi, təcavüz, dopinq və korrupsiya ilə bağlı hesabatların alınması və işlənməsi ilə bağlı yaxşı təcrübə barədə məlumat verən yeni bir təlimat olacağı diqqətə çatdırılıb.

BOK-un prezidenti Tomas Bax çıxışında Beynəlxalq və Milli Federasiyalardan, Milli Olimpiya Komitələrindən və idman intizam orqanlarından ibarət olan 200 araşdırmaçının bu şəbəkə ilə bir çox problemləri mümkün qədər tez kökdən həll etməyə imkan verəcəyini bildirib.

Avropolun icraçı direktorunun müavini Vil van Gemert qeyd edib ki, təcrübə mübadiləsi, məlumatların yayılması, yarışların manipulyasiyası və əlaqəli mütəşəkkil cinayətkarlıqla əlaqəli birgə işlərdə iştirak etməyə kömək edəcək, həmçinin idmanda korrupsiyanın qarşısının alınmasına yardımçı olacaq. “BOK kimi əsas tərəfdaşlarla koalisiyada sıx işləmək, idmanda korrupsiyaya qarşı mübarizə çox vacibdir. İdmanda korrupsiya ilə mübarizə təkcə idmanın bütövlüyünü qorumaq deyil, həm də vətəndaşlarının təhlükəsizliyinə və rifahına əhəmiyyətli zərər verən cinayətkarlardan qorumaq deməkdir”,- Vil van Gemert əlavə edib.

Xəbər 1102 dəfə oxundu.