AFFA-nın əməkdaşı Albaniya-Şotlandiya matçına təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva yeni təyinat alıb.

Qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Albaniya-Şotlandiya qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.

Albaniya-Şotlandiya qarşılaşması noyabrın 8-də “Elbasan Arena”da keçiriləcək.

Xəbər 714 dəfə oxundu.