“Başakşəhər” və “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib
Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda “Başakşəhər” doğma meydanda “Trabzonspor”u qəbul edib.

“Fateh Terim” stadionunda keçirilən görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 61-ci dəqiqədə qonaqların hücumçusu Daniel Sturridge onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək açıb. Lakin cəmi 6 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Edin Viskada təyin olunan onbirmetrlik cərimə zərbəsinin öhdəsindən məharətlə gəlib. Oyunun 79-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Martin Skrtel komandasını hesabda önə keçirib. Trabzon klubu isə 95-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Aleksander Sorlot komandasını məğlubiyyətdən xilas edib.

Beləliklə, “Başakşəhər” və “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib - 2:2.

Bu oyundan sonra turnir cədvəlində “Alanyaspor” 18 xalla vahid liderdir. “Fənərbağça” isə 17 xalla ikinci, “Yeni Malatyaspor” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

AZƏRTAC

Xəbər 693 dəfə oxundu.