2020-ci il olimpiadası üçün İstanbul, Tokio və Madrid yarışacaqlar
2020-ci Olimpiya Oyunlarına evsahibliyi uğrunda yarışacaq şəhərlərin adları açıqlanıb. Beynəlxalq Olimpiya Komitəsinin Kanadanın Kvebek şəhərində keçirilən toplantısında məlum olub ki, namizəd şəhər olaraq İstanbul, Tokio və Madrid şəhərləri yarışacaqlar.
Bakı və Doha isə olimpiadaya evsahibliyi uğrunda mübarizəni başa vurublar. Beynəlxalq Olimpiya Komitəsindən verilən məlumatda bildirilir ki, Dohada yay aylarında temperaturun həddən artıq yüksək olması, Bakının isə beynəlxalq yarışları keçirmək baxımından təcrübəsi kifayət qədər deyil.

Xəbər 1071 dəfə oxundu.