Akrobatika gimnastlarımız 10-cu Avropa Yaş Qrupu Yarışlarında çıxış ediblər
İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 10-cu Avropa Yaş Qrupu Yarışları keçirilib.

Ölkəmizi 12-18 yaş kateqoriyasında Leyla Bəşirli, Mənsumə Məmmədzadə və Nəzrin Fərmanovadan ibarət qadın qrupu, Nizam Xamidulin və Mehriban Salamovadan ibarət qarışıq cütlük, 11-16 yaşlı idmançıların mübarizəsində isə Rauf Cabbarov və Samirə Rüstəmovadan ibarət qarışıq cütlük təmsil edib.

Hər üç proqram üzrə çıxış edən gimnastlarımız finala vəsiqə qazanmağı bacarıblar. Final mərhələsində N.Xamidulin və M.Salamova cütlüyü yeddinci, R.Cabbarov və S.Rüstəmova səkkizinci, qadın qrupumuz isə onuncu yerdə qərarlaşıb.

Xəbər 717 dəfə oxundu.