Səmti müəyyənetmə idman növü üzrə millimiz Moldovada iki medal qazanıb
Azərbaycan idmançıları Moldovada səmti müəyyənetmə idman növü üzrə “Moldavian Masters Orienteering Cup” turnirində iştirak ediblər.

Yarışda ölkəmizi təmsil edən idmançılarımız medal qazanmağı bacarmışlar. Belə ki, kişilər arasında Xəyyam Məmmədov, qadınların yarışında isə Rəna Abbaszadə 5 günün ümumi nəticələrinə görə üçüncü yeri tutaraq bürünc medal qazanıblar.

Xatırladaq ki, 5 gün davam edən yarışa 11 ölkədən 200-dən çox idmançı qatılıb.

Xəbər 855 dəfə oxundu.